​“Azərişıq” Şəkidə yeni inzibati binasını istifadəyə verib

​“Azərişıq” Şəkidə yeni inzibati binasını istifadəyə verib Qurum cari ilin sonuna kimi daha 20 rayonda yeni inzibati binalar inşa olunacağını açıqlayıb
Energetika
29 Mart , 2016 17:52
​“Azərişıq” Şəkidə yeni inzibati binasını istifadəyə verib

Bakı. 29 mart. REPORT.AZ/ "Аzərişıq" ASC "Şimai Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni inzibati binasını Şəki rayonunda tikib və abonentlərin istifadəsinə verib. Bu barədə “Report”a Cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.

Ofis binasında ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradıldığı və ən uyğun şəkildə bölüşdürüldüyü deyilir.

Qurum cari ilin sonuna kimi daha 20 rayonda yeni inzibati binalar inşa olunacağını açıqlayıb.

Qeyd edək ki, ötən il “Azərişıq” 18 rayonda, cari ilin əvvəlində isə Göyçay və Biləsuvar rayonları,Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verib.

Şəki rayonunda elektrik tələbatçılarını dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün 2016-cı il ərzində görüləcək işlərın də siyahısını tərtib edib.

Plana əsasən qurum bu il 110/35/10 kV-luq “Cəfərabad” YS, 35/10 kV-luq “Köbər-Zəyzid” Yarımstansiyalarının yenidən qurulmasını, 35 kV-luq Taxılçılıq h/x, 35 kV-luq Şəki- Çeşməli h/x, 35 kV-luq Cəfərabad - Çeşməli h/x-nin (ümumilikdə 43.4 km) yenidən qurulmasını, 10 kV-luq Aydınbulaq, 10 kV-luq İnçə-Zunut, 10 kV-luq Qudula, 10 kV-luq Cumakənd, 10 kV-luq B.Zəyzid hava xətlərinin (ümumilikdə 153.93 km) qurulmasını, 48.8 km ÖİN xəttinin çəkilməsini, 30 ədəd müxtəlif gücdə KTM quraşdırılması nəzərdə tutub.

Son xəbərlər

Orphus sistemi