​"Azərişıq" gücləndirilmiş iş rejimində işləyəcək

​"Azərişıq" gücləndirilmiş iş rejimində işləyəcək "Azərişıq": Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək
Energetika
8 May , 2015 14:17
​Azərişıq gücləndirilmiş iş rejimində işləyəcək

Bakı. 8 may. REPORT.AZ/ “Azərişıq” ASC bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günlərində enerji istehlakçıları, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

"Report"un “Azərişıq” ASC-yə istinadən verdiyi xəbərə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə şirkətin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək. Ölkə üzrə ASC-nin tabeliyində olan xidmət sahələrində və avtonəqliyyat xidmətlərində mayın 9-11-də növbətçilik təşkil edilib, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılıb.

"Abonentlərin istər şəhərlərdən, istərsə də rayonlar, qəsəbə və kəndlərdən yarana biləcək hər hansı problem ilə əlaqədar 199 saylı telefonla  Qəza Xidmətinə məlumat vermələri xahiş olunur", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi