"Azərişıq" əmlakın əsas hissəsini təhvil alıb

"Azərişıq" əmlakın əsas hissəsini təhvil alıb T.Mustafayev: "Kiçik bir hissə qalıb ki, onun da təhvili bir neçə gün sürəcək"
Energetika
10 Aprel , 2015 11:50
Azərişıq əmlakın əsas hissəsini təhvil alıb

Bakı. 10 aprel. REPORT.AZ/ "Azərişıq" ASC təhvil almalı olduğu əmlakın əksər hissəsini alıb". "Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, onlar şirkətin əsasnaməsinin təsdiq edilməsini gözləyirlər.

"Cənab prezidentin sərəncamına uyğun olaraq, iki aylıq müddət bu gün, aprelin 10-da bitir. Biz təhvil götürməli olduğumuz əmlakın çox hissəsini almışıq. Kiçik bir hissə qalıb. Çox güman ki, onların da təhvil alınması bir neçə gün sürəcək".

Xatırladaq ki, Azərbaycan prezidenti ilham Əliyevin 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nın enerji satışı funksiyası yeni quruma həvalə edilib.

Son xəbərlər

Orphus sistemi