​"Azərişıq" ASC I Avropa Oyunlarına hazırlaşır

​"Azərişıq" ASC I Avropa Oyunlarına hazırlaşır Şirkətin tələbi ilə müvafiq yükə və gücə uyğun generator və UPS qurğuları quraşdırılıb
Energetika
13 May , 2015 12:55
​Azərişıq ASC I Avropa Oyunlarına hazırlaşır

Bakı. 13 may. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı hazırlıq işləri davam etdirilir". Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətindən deyiblər.

Məlumata görə, əsas tədbirlərin keçiriləcəyi Olimpiya stadionunun elektrik təhcizatı üçün uzun müddət istismarda olan 35/6 kV-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib. 35/6 kV-luq “Koroğlu” və 35 saylı yarımstansiyaları “Olimpiya stadionu” yarımstansiyası ilə 35 kV-luq kabel xətləri ilə əlaqələndirilib. Olimpiya stadionunun elektrik təhcizatı bir-birindən asılı olmayan 4 müxtəlif 220 kV-luq güc mərkəzlərindən qidalanan 110 kV-luq yarımstansiyaların 35 kV-luq şəbəkəsi ilə təchiz olunur.

“Azərişıq”da “Bakı-2015"-in keçiriləcəyi obyektlərin fasiləsiz, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təhcizatını təmin etmək məqsədilə xüsusi plan təsdiq olunduğu və əməkdaşların yüksək səviyyədə hazırlığı ilə bağlı əks-qəza məşqlərinin keçirilməsi də intensivləşdirildiyi deyilir. Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə, o cümlədən oyunlarla əlaqəli obyektlərin – atletlər kəndi, media mərkəzi, mehmanxanalar, restoranlar və əyləncə mərkəzlərinin enerji təchizatının tam dayanıqlılığının təminatı məqsədilə “Azərişıq” ASC-nin 110 кV-luq 204, ”Yeni Bayıl”, ”Xoca Həsən”, ”İçəri Şəhər”, ”Hava Limanı”, ”Dağlıq” və 35 кV-luq “Koroğlu”, 19, 35, 80, 81, 88, 99, 208, 217, 218, ”Gənclik”, ”Bayraq Meydanı”, 102, 109, 118 saylı yarımstansiyalarının texniki vəziyyətləri və avtomatikaları yoxlanılaraq SCADA sisteminə qoşulub.

Aprel ayından başlayaraq olimpiya obyektlərini qidalandıran yarımstansiylarda, paylayıcı qurğularda təkrar sınaq yoxlama işləri və əks-qəza məşqləri aparılaraq xüsusi hazırlıq kursları keçmiş personal və mühəndis heyətləri ilə mütəmadi treninqlər keşirilir, SC-nin tələbi ilə müvafiq yükə və gücə uyğun generator və UPS qurğuları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi