“Azəriqaz”: Qaz verilişi ilə bağlı yaranan sıxıntılar aradan qaldırılır

“Azəriqaz”: Qaz verilişi ilə bağlı yaranan sıxıntılar aradan qaldırılır “Azəriqaz” İB-nin əməkdaşları yerlərdə dərhal tənzimləmələr aparırlar
Energetika
17 Oktyabr , 2016 09:56
“Azəriqaz”: Qaz verilişi ilə bağlı yaranan sıxıntılar aradan qaldırılır

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dünən sosial şəbəkələrdə Bakı şəhərinin bəzi ərazilərində təbii qaz verilişində çətinliklər yaşanması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Report”a bildirib ki, sıxıntı olan ərazilərdə problemin aradan qaldırılması üçün dərhal işlər görülür.

“Havanın soyuması ilə əlaqədar hansı ərazidə qaz verilişi ilə bağlı çatışmazlıq yaşanırsa, daxil olan müraciətlər əsasında “Azəriqaz” İB-nin əməkdaşları dərhal tənzimləmələr aparırlar və qaz verilişindəki sıxıntı aradan qaldırılır. Qurumun Qaynar Xətti 24 saat fəaliyyət göstərir”.

Son xəbərlər

Orphus sistemi