"Azəriqaz" mayda 51 min mənzilə texniki baxış keçirib

"Azəriqaz" mayda 51 min mənzilə texniki baxış keçirib Bundan sonra mənzillərdə texniki baxış və profilaktik xidmət işləri FHN və Energetika Nazirliyi tərəfindən keçiriləcək
Energetika
3 İyun , 2016 13:28
Azəriqaz mayda 51 min mənzilə texniki baxış keçirib

Bakı. 3 iyun. REPORT.AZ/ Cari ilin may ayında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 51 014 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. 

Mənzillərdə texniki baxış və profilaktik xidmət işləri bundan sonra Fövqəladə Hallar və Energetika nazirliklərinin səlahiyyətli nümayəndələri tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi