"Azəriqaz": ​Masallı kəndlərinin qaza görə 483 min manat borcu var

"Azəriqaz": ​Masallı kəndlərinin qaza görə 483 min manat borcu var Bu, yerli sakinlərin 2009-cu ilin oktyabrından sonrakı dövrü əhatə edən borcudur
Energetika
16 İyun , 2016 15:42
Azəriqaz: ​Masallı kəndlərinin qaza görə 483 min manat borcu var

Bakı. 16 iyun. REPORT.AZ/ Masallı rayonunun Ərkivan qəsəbəsi, Qəriblər, İsilər və Kosakül kəndlərində qaz təchizatının dayandırılmasının əsas səbəbi istifadə edilmiş təbii qazın dəyərinin istehlakçılar tərəfindən ödənilməməsi və ya qismən ödənilməsi olub. 

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurumun açıqlamasına görə, həmin yaşaıyış məntəqələrinin sakinlərinin qaza görə ümumi borcu 2009-cu ilin oktyabrından sonrakı dövrü əhatə edir: “Ölkə başçısının müvafiq fərmanı ilə 2009-cu il oktyabrın 1-nə əhalinin təbii qaza görə yaranmış borcu silinib. Lakin qeyd olunan yaşayış məntəqələrinin sakinləri tərəfindən 2009-cu il oktyabrın 1-dən bu ilin mayın 1-dək qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub. Nəticədə, 482 158 manat həcmində ödənilməmiş debitor borc yaranıb".

"Borcun 402 745 manatı Ərkivan qəsəbəsi, 30 910 manatı Qəriblər kəndi, 6 571 manatı İsilər kəndi, 41 932 manatı isə Kosakül kəndinin payına düşür. Qeyd olunan yaşayış məntəqələrində yaşayan abonentlər Lənkəran Regional Qaz İstismar İdarəsinin, Masallı rayonu üzrə xidmət sahəsinə yaxınlaşaraq öz borcları barədə ətraflı məlumat əldə edə bilərlər. Qazın verilməsində məhdudiyyətin yaranmaması üçün istifadə olunmuş təbii qazın dəyərinin dərhal ödənilməsi xahiş olunur”, - deyə İB-dən bildirilib.

Qeyd edək ki, bəzi KİV-də Masallı rayonunun bir neçə kənd və qəsəbəsində təbii qazın dayandırılması ilə bağlı informasiyalar yayılıb.

Son xəbərlər

Orphus sistemi