"Azəriqaz" fevralda 64 mindən artıq mənzilə texniki baxış keçirib

"Azəriqaz" fevralda 64 mindən artıq mənzilə texniki baxış keçirib Texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib
Energetika
10 Mart , 2016 17:34
Azəriqaz fevralda 64 mindən artıq mənzilə texniki baxış keçirib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən fevral ayında 64 181 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib: "Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə bundan sonra da texniki baxışlar davam etdiriləcək".

“Azəriqaz” İB istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir. 

Son xəbərlər

Orphus sistemi