"​Azəriqaz": "Metropark"dakı hadisədə qaz sızmasından söhbət gedə bilməz

"​Azəriqaz": "Metropark"dakı hadisədə qaz sızmasından söhbət gedə bilməz "Azəriqaz" İB-nin mətbuat katibi İbrahim Kərbalayev: ""Metropark"ın daxilində qaz kəmərləri yoxdur"
Energetika
13 Aprel , 2015 12:08
​Azəriqaz: Metroparkdakı hadisədə qaz sızmasından söhbət gedə bilməz

Bakı. 13 aprel. REPORT.AZ/ Ötən gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən "Metropark" Ticarət Mərkəzində baş verən kütləvi zəhərlənməyə bu obyektdə qaz sızmasının səbəb olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. 

Bunu "Report"a açıqlamasında SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev deyib: "Bəzi KİV-də qazsızma ilə bağlı əsassız məlumatlar yayılıb. Amma nəzərə almaq lazımdır ki, "Metropark"ın daxilində qaz kəmərləri yoxdur".

İ.Kərbalayevin sözlərinə görə, ətraf binalardan ticarət mərkəzinə qaz sızması ilə bağlı səsləndirilən iddialar da yanlışdır: "Yalnız "Metropark"ın qazanxanasına qaz verilir ki, bu da bütün təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilir. Bəzi KİV məlumat yayıb ki, ətraf binalardan qaz oranın avtodayanacağına sızıb və burada dəm qazı əmələ gəlib. Dəm qazı yanacaq məhsullarının natamam yanması zamanı əmələ gəlir, qaz sızmasından isə partlayış ola bilər. Bizim və digər aidiyyəti qurumların mütəxəssislərinin də verdiyi məlumata görə, bu hadisədə birmənalı olaraq təbii qazdan söhbət gedə bilməz".

Xatırladaq ki, ötən gün "Metropark" Ticarət Mərkəzinin avtomobil dayanacağında baş verən hadisə zamanı təxminən 15-20 nəfər dəm qazından zəhərlənib.

Son xəbərlər

Orphus sistemi