"Azəriqaz" bu il 432 çoxmərtəbəli binaya qaz verib

"Azəriqaz" bu il 432 çoxmərtəbəli binaya qaz verib Həmin binalarda ümumilikdə 8 092 ailə yaşayır
Energetika
4 Dekabr , 2015 16:05
Azəriqaz bu il 432 çoxmərtəbəli binaya qaz verib

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-noyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 432 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 8 092 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - məlumatda bildirilir. 

Son xəbərlər

Orphus sistemi