​“Azəriqaz” bu il 35,6 min qaz sayğacı quraşdırıb

​“Azəriqaz” bu il 35,6 min qaz sayğacı quraşdırıb Müraciətlər Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə edilib
Energetika
13 Avqust , 2015 13:09
​“Azəriqaz” bu il 35,6 min qaz sayğacı quraşdırıb

Bakı. 13 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul ayları ərzində “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 35 558 müraciət daxil olub. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlərin hamısı tam icra edilib.

Qeyd edək ki, müraciətlər Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə edilib.

Son xəbərlər

Orphus sistemi