​“Azəriqaz” 160 çoxmərtəbəli binaya təbii qaz verib

​“Azəriqaz” 160 çoxmərtəbəli binaya təbii qaz verib Həmin binalarda ümumilikdə 3325 ailə yaşayır
Energetika
15 May , 2015 17:55
​“Azəriqaz” 160 çoxmərtəbəli binaya təbii qaz verib

Bakı. 15 may. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Birlik 2015-ci ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 160 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 3325 ailə yaşayır.

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi