​“Azərikimya” İstehsalat Birliyində kimyaçılar mükafatlandırılıb

​“Azərikimya” İstehsalat Birliyində kimyaçılar mükafatlandırılıb Ümumilikdə, 48 nəfərə Fəxri Fərman verilib
Energetika
19 Oktyabr , 2015 14:39
​“Azərikimya” İstehsalat Birliyində kimyaçılar mükafatlandırılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sahə rəislərinin iştirakı ilə tədbir keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov bu ilin 9 ayı ərzində Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir, qazanılmış nailiyyətlər və kimyaçıların iş və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb.

Birliyin baş mühəndisi Nadir Alıyev, İcraçı direktorun müşaviri Firudin Mustafayev çıxış edərək Etilen-polietilen zavodunda aparılmış əsaslı təmirlə bağlı məlumat verib, icrası nəzərdə tutulmuş 400 bəndlik işlərin yüksək keyfiyyətlə yerinə yetirildiyini qeyd ediblər.

Tədbirdə tullantıların idarə olunması ilə bağlı texniki əsaslandırma sənədindən bəhs edilib, layihəsi “Azərikimya” İB-nin xüsusi konstruktor bürosu tərəfindən hazırlanmış, tikintisi Təmir-tikinti İdarəsi tərəfindən həyata keçirilmiş propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğularının tikintisində çalışan insanların əməyi yüksək qiymətləndirilib. İclasın sonunda əmək göstəricilərinə görə fərqlənmiş Etilen-polietilen zavodunun 20, Təmir-tikinti İdarəsinin 22, idarə aparatının 6 işçisi olmaqla, ümumilikdə 48 nəfər Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.                               

Son xəbərlər

Orphus sistemi