​“Azeri LT CIF” cüzi bahalaşıb

​“Azeri LT CIF” cüzi bahalaşıb Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 64,42 dollara bərabərdir
Energetika
25 İyun , 2015 10:21
​“Azeri LT CIF” cüzi bahalaşıb

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,05 dollar yaxud 0,08% bahalaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 64,42 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,08 dollar/barel, dünən isə 64,37 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi