​"Azərenerji" son iki ayda SOCAR-a ödənişləri tam yerinə yetirib

​"Azərenerji" son iki ayda SOCAR-a ödənişləri tam yerinə yetirib "Azərenerji"nin SOCAR-a ümumi öhdəlikləri isə 350 mln. manata çatıb
Energetika
2 İyun , 2016 13:41
​Azərenerji son iki ayda SOCAR-a ödənişləri tam yerinə yetirib

Bakı. 2 iyun. REPORT.AZ/ "Azərenerji" ASC aprel-may aylarında aldığı qaza görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qarşısında öhdəliyini tam yerinə yetirib. "Report" xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. 

Onun sözlərinə görə, ASC-nin SOCAR-a ödənişləri ilə bağlı vəziyyət düzəlmək istiqamətindədir: "2016-cı ildən ödəniş mexanizmində Nazirlər Kabinetinin qərarı ilə xüsusi mərhələ açılıb. Daxil olan ödəmələrin 50%-i xam məhsulun, yəni təbii qazın dəyərinin ödənilməsinə yönəldilib. Keçən ay və bu ay əldə olunan məhsulların həcminin qismən aşağı düşdüyünü nəzərə alaraq demək olar ki, 100% ödəniş həyata keçirilib". 

S.Qasımov qeyd edib ki, I rübə aid təxminən 34 mln. manata qədər borc qalıb: "Aprel-may aylarında isə ASC-nın yığımı aldığı məhsulun haqqını tam ödəməyə imkan verib. Hazırda 314 mln. manat ötən ildən qalan, 34 mln. manat isə bu ilin I rübü üzrə borcla birlikdə "Azərenerji"nin SOCAR-a öhdəliyi 350 mln. manata çatıb".

Son xəbərlər

Orphus sistemi