​"Azərenerji" işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqlayıb

​"Azərenerji" işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqlayıb Qurumun rəsmisi deyib ki, işçilərin əməkhaqlarının verilməsində yarana problemlər maliyyə çətinliyi ilə əlaqədardır
Energetika
16 Oktyabr , 2015 12:51
​Azərenerji işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqlayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Azərenerji" ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar. Bunu "Report"a "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək".

Qeyd edək ki, "Azərenerji"nin əməkdaşları avqust ayından əməkhaqqı almırlar. 

Son xəbərlər

Orphus sistemi