“Azərenerji”nin əməkdaşları beynəlxalq elmi konfransda iştirak edib

“Azərenerji”nin əməkdaşları beynəlxalq elmi konfransda iştirak edib Konfransın sonunda təşkilatçılar tərəfindən institutun əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib
Energetika
28 Sentyabr , 2016 13:51
“Azərenerji”nin əməkdaşları beynəlxalq elmi konfransda iştirak edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Azərenerji” ASC-yə məxsus “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnsititutu” MMC-nin dörd əməkdaşı – texnika elmləri namizədləri Hüseynqulu Quliyev, Aytək Babayeva, Ləman Həsənova və Rəna Əlizadə bu günlərdə İspaniyanın Bilbao şəhərindəki Basklar Ölkəsi Universitetində keçirilən "Energetikanın texniki və fiziki problemləri" 12-ci Beynəlxalq Elmi Konfransda (ICTPE-2016) iştirak ediblər.

Bu barədə “Report”a “Azərenerji”nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin konfransda Azərbaycandan olan alimlərlə yanaşı İspaniya, Norveç, Danimarka, Rumıniya, Türkiyə, İran və digər ölkələrdən olan şəxslər də iştirak ediblər və azərbaycanlı alimlərin məruzələri elmi konfransın toplusuna daxil edilərək nəşr olunub.

Məlumatda qeyd edilir ki, institut əməkdaşlarının çıxış etdikləri mövzular rejim parametrlərinin effektiv idarə olunması, bərpa olunan enerji mənbələrinin enerji sistemə qoşulması üçün onların optimal rejimlərinin təmin edilməsi, enerji təhlükəsizliyi və enerji sistemi ilə əlaqəsi olan digər məsələlərə həsr olunub.

Konfransın sonunda təşkilatçılar tərəfindən institutun əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib.

Xatırladaq ki, bu ənənəvi elmi konfrans ilk dəfə 2002-ci ildə Bakı şəhərində, sonrakı illərdə isə İspaniya, Norveç, Türkiyə, İran, Ruminiya və digər ölkələrdə keçirilib və 2017-ci ildə isə konfransın yenidən Türkiyədə keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi