Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə edilib

Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə edilib Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə edilib
Energetika
4 İyul , 2016 13:46
Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə edilib

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib. Bu barədə “Report”a ARDNF-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, MHŞT üzrə Beynəlxalq Katibliyin nümayəndələri Diveke Roqan və Tatyana Sedovanın iştirakı ilə keçirilən ÇQ iclasında Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə edilib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi