Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi ətrafında müzakirələr üçün nəzərdə tutulan nazirliklərarası görüşdə iştirak etmək məqsədilə Rumıniyaya səfər edib.
Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə AGRİ layihəsi, Azərbaycanla Rumıniya arasında enerji əməkdaşlığına dair məsələlərin də müzakirəsi planlaşdırılır.