Bakı. 11 mart. REPORT.AZ/ "Bu ilin sonunadək dünya bazarında neftin qiymətinin artacağını düşünürəm". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyev qeyd edib ki, neft 2035-ci ilə kimi enerji bazarında dominant olaraq qalacaq: "Qaz hasilatının həcmini artıracağıq. Qarşıdakı 3-5 ilə onun həcmini 25 mlrd. kubmetrə çatdıracağıq".