Azərbaycanın DESFA-da pay alması ilə bağlı görüş keçiriləcək

Azərbaycanın DESFA-da pay alması ilə bağlı görüş keçiriləcək SOCAR prezidenti Rövnəq Abdullayev yaxın vaxtlarda bu məsələni Yunanıstan rəhbərliyi ilə müzakirə edəcək
Energetika
11 May , 2016 12:22
Azərbaycanın DESFA-da pay alması ilə bağlı görüş keçiriləcək

Bakı. 11 may. REPORT.AZ/ "DESFA ilə bağlı danışıqlar davam etdirilir. Tərəflər hələlik hansı faizlə pay istədiklərini açıqlamayıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, tezliklə Yunanıstan rəhbərliyi ilə bu məsələ müzakirə ediləcək: "TAP-ın açılış mərasiminə gedəcəm və Yunanıstanın enerji naziri və Yunanıstanın rəhbərliyi ilə bu məsələni müzakirə edəcəyəm".

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi