Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq Bu, həmin rayonların qazpaylama stansiyalarında təmir işlərinin aparılması ilə bağlıdır
Energetika
10 Dekabr , 2014 12:07
Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün saat 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin “Balakən” və “Dəliməmmədli” qazpaylama stansiyalarında, eləcə də Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba” və “Siyəzən” qazpaylama stansiyalarında təmir işləri aparılacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Balakən, Quba və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi