Azərbaycanın baş naziri yenidən Neft Fondunun sədri seçilib

Azərbaycanın baş naziri yenidən Neft Fondunun sədri seçilib Dövlət Neft Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib
Energetika
2 İyun , 2015 16:32
Azərbaycanın baş naziri yenidən Neft Fondunun sədri seçilib

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə "Report"a Fondun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb. 

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PWC Audit Azerbaijan”) hesabatına baxaraq onları məqbul hesab etdiyi və ARDNF-in 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul etdiyi açıqlanıb. 

Qeyd edək ki, toplantıda baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib.

Son xəbərlər

Orphus sistemi