Azərbaycanda "Ümid" yatağında qazma işlərinə başlanılıb

Azərbaycanda "Ümid" yatağında qazma işlərinə başlanılıb Yeni inşa olunan dəniz qazma qurğusu ilk olaraq "Abşeron"da istifadə üçün "Total"a veriləcək
Energetika
4 İyun , 2015 11:56
Azərbaycanda Ümid yatağında qazma işlərinə başlanılıb

Bakı. 4 iyun. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında qazma işləri artıq başlayıb və ilkin olaraq 300 metr hissə qazılıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. 

SOCAR rəsmisinin sözlərinə görə, yeni tikilən qazma qurğusu ilk olaraq "Total" şirkətinin istifadəsinə veriləcək: "Biz qərara gəldik ki, bu qurğunu ilk olaraq "Abşeron" yatağında istifadə etmək üçün "Total"a verək. Qurğu 2017-ci ilin I rübündə hazır olacaq. Çox güman ki, 2018-ci ildə "Total" bu qurğudan istifadəyə başlayacaq".

X.Yusifzadə "Abşeron"da illik hasilatın qazılacaq quyuların sayından asılı olacağını açıqlayıb: "İllik hasilatı indidən demək olmaz. Bu, qazılan quyuların sayından asılıdır. Biz yalnız ehtiyatlar haqqında proqnoz verə bilərik".

Son xəbərlər

Orphus sistemi