Azərbaycanda qatarların sürəti artırılır

Azərbaycanda qatarların sürəti artırılır "Bakı-Tbilisi dəmir yolunun təxminən 370 km hissəsi yenilənib"
Energetika
10 May , 2015 11:27
Azərbaycanda qatarların sürəti artırılır

Bakı. 10 may. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti il yarım ərzində qərb istiqamətində dəmir yolunu tamamilə yeniləyərək bu yolda qatarların sürətini artıracaq. Bunu "Report"un sualını cavablandıran Cəmiyyətin sədri Cavid Qurbanov deyib.

"Bakı-Tbilisi dəmir yolunun təxminən 370 km hissəsi yenilənib. Qalan hissəsi isə 1-1,5 ilə yekunlaşacaq. Burada da sürət artacaq, çünki hazırda burada sürət çox zəifdir", - C.Qurbanov deyib.

Cəmiyyət sədri, həmçinin Gəncə-Bakı istiqamətində sərnişin daşımanın vaxtını azaltmaq barədə düşünüldüyünü deyib: "Görəcəyimiz işlər nəticəsində bu müddət 5 saata endiriləcək. Ötən əsrin 70-ci illərində belə bir sürət qatarı olub və həmin məsafə 4 saat 50 dəqiqəyə qət olunub".

C.Qurbanovun sözlərinə görə, sonra isə Rusiya istiqamətində hərəkət edən dəmir yollarının yenilənməsi işləri ilə məşğul olunacaq. O deyib ki, 50-yə yaxın yeni elektrovozlar və sərnişinlərin rahat hərəkəti üçün 10-a yaxın yeni teplovoz alınacaq.

Son xəbərlər

Orphus sistemi