Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, istehsal olunan enerjinin 28,5 mln. kVt/saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 mln. kVt/saat isə elektrik şəbəkəsinə ötürülüb: "Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir".
Qeyd olunur ki, ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib.