Azərbaycanda noyabrda əhaliyə 280 mln. kubmetrdən çox qaz satılıb

Azərbaycanda noyabrda əhaliyə 280 mln. kubmetrdən çox qaz satılıb İstehlak olunan qaza görə ödəniş səviyyəsi isə 93%-i üstələyib
Energetika
10 Dekabr , 2015 16:57
Azərbaycanda noyabrda əhaliyə 280 mln. kubmetrdən çox qaz satılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 14 547 yeni abonent qeydiyyata alınıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun da 3 371-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 11 176-sı isə regionların payına düşüb.

Ümumiyyətlə, cari ilin yanvar-noyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 82 658 təşkil edib. Bu göstəricinin də 28 275-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 54 383-ü isə regionlar üzrə olub. 

Cari ilin noyabr ayında əhali sektoru üzrə 280,414 mln. kubmetr həcmində təbii qaz satılıb, ödəniş 93,2% təşkil edib.

Dekabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 125 594 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 337 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi