Azərbaycanda neft və qaz hasilatı artıb

Azərbaycanda neft və qaz hasilatı artıb Neft hasilatı 24,7 mln. ton, qaz hasilatı 17,5 mlrd. kubmetr təşkil edib
Energetika
13 Avqust , 2016 10:13
Azərbaycanda neft və qaz hasilatı artıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 24 700,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub. Bu isə illik müqayisədə 0,7% çoxdur.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin ötən dövründə əmtəəlik neft hasilatı 24 670,1 min ton (0,7% çox) təşkil edib.

İlin 7 ayı ərzində 17 460,8 mln. kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artıqdır. Hesabat dövründə hasil olunan təbii qazın 11 015,4 mln. kubmetri əmtəəlik qazın payına düşüb. Əmtəəlik qaz hasilatı ötən ilin müvafiq dövründən 8% az olub.

Son xəbərlər

Orphus sistemi