Bakı. 24mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda küləklə işləyən stansiyalar tərəfindən 2,0 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların elektrik istehsalı isə 0,7 mln. kVt/saat təşkil edib.
Statistikaya əsasən, ölkədə istilik elektrik stansiyalarının istehsalı isə illik müqayisədə 7,9% azalaraq 3 630,3 mln. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 33,6% artaraq 195,1 mln. kVt/saata çatıb.
Qeyd edək ki, hesabat dövründə ölkədə cəmi elektrik enerjisi istehsalı illik 6,4% azalaraq 4 006,5 mln. kVt/saatı təşkil edib.