Azərbaycanda külək enerjisinin istehsalı azalıb

Azərbaycanda külək enerjisinin istehsalı azalıb Ümumilikdə isə elektrik enerjisi istehsalı illik müqayisədə 1,2% artıb
Energetika
31 Oktyabr , 2015 15:30
Azərbaycanda külək enerjisinin istehsalı azalıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda küləklə işləyən stansiyaların elektrik enerjisi istehsalı illik müqayisədə 9,6% azalaraq 4,7 mln. kVt/saat təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədə günəş enerjisi istehsalı isə 3,2 mln. kVt/saat olub.

Qeyd edək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 9 ay ərzində 1 396,3 mln. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,2%-lik artım əldə olunub.

Hesabat dövründə elektrik enerjisi istehsalı illik müqayisədə 1,2% artaraq 17 195,7 mln. kVt/saat, o cümlədən su elektrik stansiyalarının istehsalı illik 21,4% artaraq 1 237,7 mln. kVt/saat, istilik elektrik stansiyalarının istehsalı isə 0,2% azalaraq 15 131 mln. kVt/saat təşkil edib.

Son xəbərlər

Orphus sistemi