Azərbaycanda ilk dəfə sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrinin işlənmiş qazlarının ekoloji analizi keçirilib

Azərbaycanda ilk dəfə sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrinin işlənmiş qazlarının ekoloji analizi keçirilib Bu yanacaq növü ilə işləyən nəqliyyat vasitələrin ətraf mühitə atılan zərərli tullantıların miqdarının kəskin şəkildə az olduğu təsdiq edilib
Energetika
24 May , 2016 18:11
Azərbaycanda ilk dəfə sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrinin işlənmiş qazlarının ekoloji analizi keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Sıxılmış təbii qazın (CNG) istehsalı və satışı ilə məşğul olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR-CNG" MMC şirkəti SOCAR-ın Ekologiya İdarəsi ilə birgə beynəlxalq standartlara və qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, Azərbaycanda ilk dəfə CNG yanacağı ilə işləyən monoyanacaq nəqliyyat vasitələrinin işlənmiş qazlarının ekoloji analizini keçirib.

"SOCAR-CNG"dən "Report"a verilən məlumata görə, ekoloji analizin nəticələrinə əsasən, bu yanacaq növü ilə işləyən nəqliyyat vasitələrində ətraf mühitə atılan zərərli tullantıların miqdarının kəskin şəkildə az olduğu təsdiq edilib.

"Xüsusi olaraq zərərli tullantıların miqdarının "Euro-5" ekoloji standartların maksimal dərəcələrinə uyğunluğu və həmçinin nəqliyyat vasitələrinin işlənmiş qazlarının tərkibində normadan xeyli az miqdarda olması sübut edilib. Məsələn, azot oksidlərinin miqdarı normadan 25 dəfə aşağı, karbon oksidinin miqdarı isə sıfır dərəcəsinə yaxındır. Zəhərli tullantıların belə miqdarlarını son dərəcə minimal adlandırmaq olar", - deyə şirkətdən bildirilib.

Beləliklə, SOCAR-ın keçirdiyi ekoloji analizin nəticəsində CNG-nin mühərrik yanacağı kimi istifadə olunmasının ətraf mühitə faydası baxımından geniş yayılmış fikir öz rəsmi sübutunu tapıb.

STQ mühərrik yanacağının ekoloji faydası ilə yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat vasitələrinin xərclərinin azalması, mühərrik yanacağının təhlukəsizliyi kimi sahələrdə də əhəmiyyətli perspektivlərə malikdir. Bu zaman mühərrik yanacağının ekoloji təmizliyi, qlobal iqlim dəyişiklikləri ilə mübarizə kontekstində xüsusi əhəmiyyət kəsb edir", - deyə MMC-dən bildirilib.

İlkin hesablamalara əsasən, Azərbaycanda yalnız 10% avtomobil nəqliyyatı parkının STQ-yə keçməsi ildə təxminən 50 min ton karbon oksidlərini atmosferə tullamalarının ixtisarına gətirib çıxara bilər: "Bu nəticələr ölkədə ekoloji ətraf mühütin vəziyyətinın praktik yaxşılaşması üçün kifayət qədər əhəmiyyətlidir, həmçinin Azərbaycanın beynəlxalq razılaşmalarda iştirakını, məsələn, 2016-cı ilin aprelində Paris razılaşması kimi tanınan, 175 ölkə ilə yanaşı, Azərbaycan tərəfindən imzalanmış qlobal iqlim dəyişikliyi ilə mübarizəsi nöqteyi-nəzərindən müsbət hal kimi dəyərləndirmək olar".

Son xəbərlər

Orphus sistemi