Azərbaycanda daha iki kəndə qaz verilib

Azərbaycanda daha iki kəndə qaz verilib Ümumilikdə, 560 abonent təbii qazla təmin edilib
Energetika
11 Sentyabr , 2015 17:33
Azərbaycanda daha iki kəndə qaz verilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Tərtər rayonunun Təzəkənd-1 və Beyləqan rayonunun Yeni Mil kəndlərinə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 560 abonent təbii qazla təmin edilib.

Təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə bildirilib ki, 370 abonenti olan Beyləqan rayonunun Yeni Mil kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19 750 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 370 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunub ki, 190 abonenti olan Tərtər rayonunun Təzəkənd-1 kəndinin qazlaşdırılması üçünsə 8 045 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, hər bir abonent fərdi sayğac və tənzimləyici ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi