Azərbaycanda daha iki kəndə qaz verilib

Azərbaycanda daha iki kəndə qaz verilib Ümumilikdə, 397 abonent təbii qazla təmin olunub
Energetika
9 Sentyabr , 2015 18:03
Azərbaycanda daha iki kəndə qaz verilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Oğuz rayonunun Yemişanlı və Calut kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, 397 abonent təbii qazla təmin olunub.

İki kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 44,6 km-dən artıq müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi