Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 733 abonent təbii qazla təmin olunub.
Qax rayonunda keçirilən tədbirdə bildirilib ki, 234 abonenti olan Qıbçaq kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə 19,7 km uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Lənkəran rayonunun 499 abonentlik Balıqçılar kəndinə təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırılma işləri zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 40,4 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 499 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.