​Azərbaycanda daha bir kəndə qaz verilib

​Azərbaycanda daha bir kəndə qaz verilib Kəndin 665 abonenti təbii qazla təmin olunub
Energetika
20 Oktyabr , 2015 17:40
​Azərbaycanda daha bir kəndə qaz verilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Salyan rayonunun Sarvan kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kəndin 665 abonenti təbii qazla təmin olunub.

Qaz verilişinin bərpası münasibətilə keçirilən tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 44 061 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi