Azərbaycanda daha bir kəndə təbii qaz verilib

Azərbaycanda daha bir kəndə təbii qaz verilib Tədbridə rayon icra hakimiyyəti, “Azəriqaz”ın təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
22 İyul , 2016 19:08
Azərbaycanda daha bir kəndə təbii qaz verilib

Bakı. 22 iyul. REPORT.AZ/ Ağdaş rayonunun Ərəbocağı kəndinə təbii qaz verilib. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətilə iyulun 22-də keçirilən tədbridə rayon icra hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, Ərəbocağı kəndinin 194 abonentinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 345 metr olan müxtəlif diametrli polietilen və 10 904 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi