Azərbaycanda daha bir kəndə qaz verilib

Azərbaycanda daha bir kəndə qaz verilib 454 abonent qazla təmin edilib
Energetika
19 Aprel , 2016 16:16
Azərbaycanda daha bir kəndə qaz verilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Cəlilabad rayonunun Ağdaş kəndinə yenidən təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 454 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 872 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi