​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
22 İyun , 2016 14:47
​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 22 iyun. REPORT.AZ/ Beyləqan rayonunun Qaradağlı kəndinə ilk dəfə təbii qaz verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 22-də bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Belə ki, 166 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 18 192 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi