​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib 400 abonent qazla təmin olunub
Energetika
18 İyul , 2016 15:07
​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Beyləqan rayonunun Şərq qəsəbəsinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 400 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 570 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi