Azərbaycanda daha bir kəndə ilk dəfə qaz verilib

Azərbaycanda daha bir kəndə ilk dəfə qaz verilib Kəndin 439 abonenti qazla təmin olunub
Energetika
2 Mart , 2016 13:38
Azərbaycanda daha bir kəndə ilk dəfə qaz verilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Neftçala rayonunun Qırmızıkənd kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 439 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 40 493 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi