Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Beyləqan rayonunun Qaralılar kəndinə ilk dəfə təbii qaz verilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 242 abonenti olan Qaralılar kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 34 738 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.