Azərbaycanda daha 5 kəndə qaz verilib

Azərbaycanda daha 5 kəndə qaz verilib Yardımlı, Saatlı və Tərtər rayonlarının kəndlərinə qaz verilib
Energetika
18 Oktyabr , 2016 15:47
Azərbaycanda daha 5 kəndə qaz verilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Yardımlı, Saatlı və Tərtər rayonlarının daha 5 kəndinə təbii qaz verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yardımlı rayonunda keçirilən tədbirdə bildirilib ki, 246 abonenti olan Vərgədüz kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 166 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tərtər rayonunun ümumilikdə 506 abonenti olan Azad Qaraqoyunlu və Təzəkənd-2 kəndlərinin qazlaşdırılması ilə əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, bu məqsədlə 53 497 metr uzunluğunda müxtəlif diametrli pilietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Saatlı rayonunun Əbilkənd və Cəfərxan kəndlərinə təbii qaz verilişinin təmin edilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 297 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 16 646 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib, bütün mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi