Azərbaycanda daha 3 kəndə qaz verilib

Azərbaycanda daha 3 kəndə qaz verilib Ümumilikdə, 775 abonent qazla təmin olunub
Energetika
2 Fevral , 2016 15:31
Azərbaycanda daha 3 kəndə qaz verilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bərdə rayonunun Xəsili, Köbərkənd və Qazaxlar kəndlərinə təbii qazın verilişi bərpa edilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 775 abonenti olan kəndlərin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 58 960 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.



Son xəbərlər

Orphus sistemi