Azərbaycanda daha iki kəndə qaz verilib

Azərbaycanda daha iki kəndə qaz verilib İki kəndin 587 abonenti təbii qazla təmin olunub
Energetika
21 Dekabr , 2015 16:40
Azərbaycanda daha iki kəndə qaz verilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Yevlax rayonunun daha 2 kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, rayonun ümumilikdə 587 abonenti olan Ərəbbəsrə və Xanabad kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 50 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi