Azərbaycanda daha 2 kəndə qaz verilib

Azərbaycanda daha 2 kəndə qaz verilib İki kəndin 747 abonenti qazla təmin olunub
Energetika
11 Mart , 2016 16:24
Azərbaycanda daha 2 kəndə qaz verilib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Qax rayonunun Zəyəm və Sabirabad rayonunun Cəngan kəndlərinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Qax rayonunun 366 abonentə malik Zəyəm kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3 897 metr uzunluğunda müxtəlif diametrli polietilen və 17 452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 366 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Sabirabad rayonunun 381 abonenti olan Cəngan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30 000 metrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, 381 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi