Azərbaycanda bu il 400-dək yaşayış məntəqəsinə qaz verilib

Azərbaycanda bu il 400-dək yaşayış məntəqəsinə qaz verilib Bu il 11 rayon üzrə qazlaşdırma səviyyəsi 100%-ə çatdırılıb
Energetika
8 Dekabr , 2015 14:44
Azərbaycanda bu il 400-dək yaşayış məntəqəsinə qaz verilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin noyabr ayında 121, ötən 11 ayda isə ümumilikdə 392 yaşayış məntəqəsi qazlaşdırılıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax rayonunun 32-ci sahə adlanan hissəsinin və Yaldilli kəndinin genişlənən hissəsinin, Oğuz rayonunun şərq və qərb istiqamətində genişlənən hissəsinin, İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan hissəsinin, Yardımlı rayonunun Urakəran, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Ucar rayonunun Qarabörk, Masallı rayonunun Birinci Səmədxan, Qəbələ rayonunun Vəndam və Nohurqışlaq kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması başa çatdırılıb.

Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonları üzrə qazlaşdırma səviyyəsi 100%-ə çatdırılıb. Digər rayonların tam qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi