Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda qaz kondensatı daxil olmaqla 10 520,2 min ton xam neft hasil olunub. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövründən 1,5% az olub.
Hesabat dövründə əmtəəlik neft hasilatı 10 506,2 min ton təşkil edib. Aprelin 1-i vəziyyətinə ölkədə 315 min ton hazır məhsul ehtiyatı olub.
Bu ilin I rübündə 7 556,8 mln. kubmetr təbii qaz hasil olunub ki, bunun da 4 838,9 mln. kubmetrini əmtəəlik qaz təşkil edib. Hesabat dövründə qaz hasilatı ötən ilin müvafiq dövründən 2% çox, əmtəəlik qaz hasilatı isə 7,9% az olub.
Aprelin 1-i vəziyyətinə görə, Azərbaycanda 954,6 mln. kubmetr hazır məhsul ehtiyatı yaranıb.