Azərbaycanda 8 kəndə təbii qaz verilib

Azərbaycanda 8 kəndə təbii qaz verilib 8 kəndin 1437 abonenti təbii qazla təmin olunub
Energetika
24 Noyabr , 2015 16:22
Azərbaycanda 8 kəndə təbii qaz verilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Ağdaş, Yardımlı, Yevlax və Goranboy rayonlarının daha 8 kəndinə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 kəndin 1437 abonenti təbii qazla təmin olunub

Ağdaş rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 210 abonenti olan Qoşaqovaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 39 327 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Yardımlı rayonunun 120 abonentlik Bürzümbül kəndinin ilk dəfə qazlaşdırılması münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, bu məqsədlə 11 395 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bu gün həmçinin Yevlax rayonunun 105 abonenti olan Aşağı Bucaq kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 13 527 metrlik daşıyıcı və məhəllədaxili metal boru xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

Goranboy rayonunun Veyisli yaşayış massivi və Əzizbəyov kəndi ilk dəfə qazlaşdırılıb, Azad, Dəyirmanlar və Bağçakürd kəndlərinin qaz təchizatı isə bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilib ki, ümumilikdə 1002 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında təxminən 62,6 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1002 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Son xəbərlər

Orphus sistemi