​Azərbaycanda 61 yataqda karbohidrogen hasil edilir

​Azərbaycanda 61 yataqda karbohidrogen hasil edilir Bu ilin əvvəlinədək ölkədə 1,9 mlrd. ton neft kondensatı və 711 mlrd. kubmetr qaz hasil olunub
Energetika
4 Noyabr , 2015 17:35
​Azərbaycanda 61 yataqda karbohidrogen hasil edilir

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan ərazisində istismarda olan yataqlardan bu ilin əvvəlinədək 1 883 mln. ton neft kondensatı və 711,1 mlrd. kubmetr qaz hasil olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "2014-cü il üzrə illik hesabatı"nda qeyd olunub.

Hesabata əsasən, quruda yerləşən yataqlardan 970 mln. ton neft kondensatı, 138 mlrd. kubmetr qaz, dəniz yataqlarından 913 mln. ton neft kondensatı, 573,1 mlrd. kubmert qaz hasil edilib.

Qeyd edək ki, bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan ərazisində 81 neft-qaz yatağı aşkar edilib. Hazırda 61 yataqdan karbohidrogen hasil edilir, 20 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb.

İşlənmədə olan 41 yataq Azərbaycanın quru, 20 yataq isə dəniz ərazisində yerləşir.

Son xəbərlər

Orphus sistemi