Azərbaycan yanvarda AÇG və "Şahdəniz" layihələrindən 446 mln. dollar qazanıb

Azərbaycan yanvarda AÇG və "Şahdəniz" layihələrindən 446 mln. dollar qazanıb İndiyədək Dövlət Neft Fonduna AÇG və "Şahdəniz"dən 120 mlrd. dollar daxil olub
Energetika
3 Fevral , 2016 15:12
Azərbaycan yanvarda AÇG və Şahdəniz layihələrindən 446 mln. dollar qazanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bu ilin yanvar ayında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 446 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 442 mln. dolları AÇG-dən mənfəət nefti, 4 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il fevralın 1-dək ARDNF-ə AÇG-dən 117,5 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,5 mlrd. dollar vəsait daxil olub.

Son xəbərlər

Orphus sistemi